Pirallahı rayonunun Dübəndi qəsəbəsində yol-nəqliyyat hadisəsi
02.09.2016Sentyabrın 2-də saat 19 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsində Bakı şəhər sakini Baxış Baxşiyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Tarıyel Rzaquliyevi vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.