Hacıqbul şəhər sakini S.Ələkbərovun həyətindən çətənə kolları, evindən isə marixuana aşkar edilərək götürülmüşdür
30.08.2016Hacıqbul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salavat Ələkbərovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 185 kiloqram 650 qram olan 115 ədəd çətənə kolu, evindən isə 430 qram marixuana aşkar edilərək götürülmüşdür.