Lənkəran rayonunun Şiləvar kəndində yol-nəqliyyat hadisəsi
30.08.2016Avqustun 29-da saat 23 radələrində Lənkəran rayonunun Şiləvar kəndində Bakı şəhər sakini Rəşad Dəmirovun idarə etdiyi “KamAZ” və Lerik rayon sakini Əlimərdan Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Məmmədov hadisə yerində ölmüş, 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.