Lənkəran rayon sakini Cəmil Mirzəyev və Zəfər Qurbanov tutulmuşlar
30.08.2016Baş Dövlət Yol Polisi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon sakini Dilarə Mirzəyevanı döyüb pulunu almış həmyerliləri Cəmil Mirzəyev və Zəfər Qurbanov tutulmuşlar. C.Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2012-ci il noyabrın 7-də Dilarə Mirzəyevanın evindən 2000 manat və 400 ABŞ dolları pul oğurlaması da müəyyən edilmişdir.