Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyevə qarşı quldurluq etmiş şəxslər tutulmuşlar
30.07.2016İyulun 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyev RPŞ-yə müraciət edərək həmin gün yaşadığı kəndin ərazisindən həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov tərəfindən avtomobilə oturdularaq kəndin kənarına aparılmasını, orada onu bıçaqla hədələyib 60000 manat pul tələb edilməsini, vermədiyindən döyülməsini və ayağına bıçaqla xəsarət yetirilməsini bildirmişdir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulmuşdur. Onun evinə baxış zamanı 608 qram marixuana, “İJ” markalı tüfəng və 42 ədəd patron aşkar edilərək götürülmüşdür.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulmuşlar.