Bərdə rayonunun Nazırlı kəndində yol-nəqliyyat hadisəsi
30.07.2016İyulun 30-da saat 17 radələrində Bərdə rayonunun Nazırlı kəndində kənd sakini Yəhya Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırmışdır. Nəticədə sürücü və sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğulmuşlar. Meytilər kanaldan çıxarılmışdır.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.