Gədəbəy rayonunun Qızıl Torpaq kəndində yol-nəqliyyat hadisəsi
30.07.2016İyulun 30-da saat 08 radələrində Gədəbəy rayonunun Qızıl Torpaq kəndində rayon sakini Yaşar Məmmədovun idarə etdiyi “MMZ-45021” və Tovuz rayon sakini Nazim Quliyevin idarə etdiyi “VAZ-2101” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Quliyev hadisə yerində ölmüş, 4 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.