Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən paytaxt sakini Şəhriyar Sadıqov tutulmuşdur
18.07.2016İyulun 17-də Yasamal rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini Vüsal Nəcəfovu qəsdən vurmuşdur. V.Nəcəfov xəstəxanaya yerləşdirilmişdir.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Şəhriyar Sadıqov tutulmuşdur.