Daşkəsən rayon sakini Xanlar İsmayılovdan açıq talama yolu ilə pul almış şəxslərdən ikisi tutulmuşdur
18.07.2016İyulun 18-də Gəncə şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar İsmayılovdan açıq talama yolu ilə 100 manat pul almışdır.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Əhmədov və Zümrüd Abdullayeva tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər görülür.