Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Siyaquş Məmmədov yerləşdirildiyi xəstəxanada ölmüşdür
18.07.2016İyulun 15-də Abşeron rayonu ərazisində Bakı şəhər sakini Anar İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə paytaxt sakini Siyaquş Məmmədovu və Yevlax rayon sakini Surac Salmanovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş S.Məmmədov iyulun 16-da orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.