Gün ərzində 89 cinayət faktı qeydə alınmışdır
16.07.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınmış, onların da 32-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.