Oğurluq etmiş Bakı şəhər sakini İsmayıl Dostalizadə tutulmuşdur
16.07.2016Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Zümrüd Cabbarovaya məxsus mağazadan tütün məmulatı oğurlamış Bakı şəhər sakini İsmayıl Dostalizadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 29-da Qəhrəman Əliyevə məxsus mağazadan 500 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.