Bakı şəhər sakini Rəşad Tağıyev tutulmuşdur
16.07.2016İyulun 16-na keçən gecə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qəsəbə sakini Zöhrab Cəfərova məxsus “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlanmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2106” markalı avtomobilin Sabunçu rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir. Görülmüş tədbirlərlə avtomobil Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və sürücü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Tağıyev tutulmuşdur.
R.Tağıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Nəsimi rayonu ərazisindən Sabirabad rayon sakini Elvin Əhmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması və “Mercedes” markalı avtomobildən oğurladığı dövlət qeydiyyat nişanlarını onun üzərinə taxması müəyyən edilmişdir.