Quldurluq etmiş Naftalan şəhər sakini Toğrul Musayev tutulmuşdur
13.07.2016Binəqədi RPİ 4-cü PB və Naftalan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 22-də Elçin Xasıyevin 300 manat pulunu quldurluq yolu ilə almış Naftalan şəhər sakini Toğrul Musayev tutulmuşdur. Araşdırmalar zamanı T.Musayevin hadisəni bu il aprelin 24-də narkotik vasitə ilə tutulmuş Cavanşir Musayevlə birgə törətməsi də müəyyən edilmişdir.