Xızı rayonunun Sitalçay kəndində yol-nəqliyyat hadisəsi
13.07.2016İyulun 13-də saat 09 radələrində Xızı rayonunun Sitalçay kəndində Xaçmaz rayon sakini İlham Həbibov idarə etdiyi “QAZ-3110” markalı avtomobili qarşıda gedən Biləsuvar rayon sakini Mehman Talıbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur. İ.Həbibov hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.