Yasamal rayonunun Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi
13.07.2016İyulun 13-də saat 01 radələrində Yasamal rayonunun Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İnam Quliyev vurulmuşdur. İ.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.