2 avtomobil qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulmuşdur
06.07.2016Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci PB və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus “VAZ-21011” markalı, iyunun 3-də Aydın Əliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulmuşdur.
Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulmuşdur.