Abşeron rayonunun Sulutəpə qəsəbəsində yol-nəqliyyat hadisəsi
06.07.2016İyulun 6-da saat 07 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsində Hökməli qəsəbə sakini Tərlan Kərimov idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan “ZİL” markalı avtomobillə Tərtər rayon sakini Fazil Abışovu vurmuşdur. F.Abışov hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.