Xətai rayonu ərazisindəki "Körpələr evi"nin birindən və uşaq bağçasından məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Novruzov tutulmuşdur
06.07.2016İyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki "Körpələr evi"nin birindən və uşaq bağçasından pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanmışdır.
Xətai RPİ 34-cü PB və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulmuşdur.