Bakı şəhər sakini R.Süleymanova bıçaqla xəsarət yetirmiş Ə.Qasımov tutulmuşdur
04.07.2016İyulun 4-də Sumqayıt şəhər sakini Əvəz Qasımov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində Bakı şəhər sakini Rəhim Süleymanova bıçaqla xəsarət yetirmiş və nəticədə o, hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulmuşdur.