Ağcabədi rayonunda idarə etdiyi avtomobillə piyadanı vurmuş sürücü M.İsmayılov saxlanılmışdır
04.07.2016İyulun 3-də saat 23 radələrində Ağcabədi rayonunun Aran kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Elnur Həsənov vurulmuşdur. E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, rayon sakini Məmməd İsmayılov saxlanılmışdır.
Araşdırma aparılır.