Qaradağ rayonu ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər tutulmuşlar
04.07.2016İyulun 3-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Murad Əsgərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Elnur Kərimov və İlqar Nəsirov tutulmuşlar.