Şəmkir rayon sakini M.Abbasova və onun qardaşına bıçaqla xəsarət yetirmiş həmyerliləri S.Əliyev tutulmuşdur
17.06.2016İyunun 17-də Şəmkir rayonunun Kür qəsəbəsində qəsəbə sakini Sabit Əliyev münaqişə zəminində həmyerliləri Mahir Abbasova və onun qardaşı Zaura bıçaqla xəsarət yetirmişdir. Onlar xəstəxanaya yerləşdirilmiş, Mahir orada ölmüşdür.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulmuşdur.