Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrinin birindən mühərrik yağları oğurlamış şəxslər tutulmuşlar
17.06.2016İyunun 17-nə keçən gecə Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrindən birinin dam örtüyü sökülməklə 1500 manat dəyərində mühərrik yağları oğurlanmışdır.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Xudaverdiyev və Elnur Seyidov tutulmuşlar.