Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
17.06.2016İyunun 17-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Bilal Alxasovun idarə etdiyi “Chevrolet” və Bakı şəhər sakini Camal Məşədiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuş və yolun hərəkət hissəsində qalmışdır. Həmin gün saat 01 radələrində Bakı şəhər sakini Rahib Seyfullayev idarə etdiyi “Niva” markalı avtomobili qeyd edilən avtomobillərə vurmuşdur. Nəticədə R.Seyfullayev hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.