Sumqayıt şəhərində “MAN” markalı avtomobil yolun kənarında dayanmış “KamAZ” markalı 2 avtomobilə çırpılmışdır
17.06.2016İyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı 2 avtomobilə vurmuşdur.
“KamAZ” markalı avtomobillərdən birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.