Şəmkir rayon sakini H.Tağıyevaya məxsus yardımçı təsərrüfatdan 1 baş inək oğurlamış E.Ramazanov tutulmuşdur
12.06.2016İyunun 12-nə keçən gecə Şəmkir rayonunun Seyfəli kənd sakini Həqiqət Tağıyevaya məxsus yardımçı təsərrüfatdan 1 baş inək oğurlanmışdır.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Etibar Ramazanov tutulmuşdur.