Oğurluq etdiyinə görə tutulmuş Taleh Məlikovun digər bir neçə oğurluq cinayətlərini də törətməsi müəyyən olunmuşdur
12.06.2016İyunun 11-də oğurluq etdiyinə görə tutulmuş Taleh Məlikovun ətrafında Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri R.İsmətliyə və X.Həşimovaya məxus pul və məişət əşyaları, habelə Sumqayıt şəhər sakini Nəcəf Məmmədova məxsus içərisində 270 manat olan pul kisəsini oğurlaması da müəyyən edilmişdir.