Xızı rayonunun Giləzi qəsəbəsində yol-nəqliyyat hadisəsi
12.06.2016İyunun 12-də saat 13 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırmışdır. Nəticədə onun sərnişinlərindən anası Minayə hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.