Nizami rayonunun Keşlə qəsəbə sakini Vasif Namazovu hədələyib 800 manat pulunu almış şəxslərdən üçü tutulmuş, digər şəxslər isə müəyyən edilmişdir
17.05.2016Mayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu almışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulmuş, digər şəxslər isə müəyyən edilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.