Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi
17.05.2016Mayın 17-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi “Ford” və Zabil Əsədzadənin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuş, Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında dayanmış qəsəbə sakini Minə Əmiraslanovanı vurmuşdur. M.Əmiraslanova hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.