Avtomobil qaçırmış və soyğunçuluq etmiş paytaxt sakini İsmayıl Mirzəyev tutulmuşdur
17.05.2016DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Şahin Hüseynova məxsus “Daewoo” markalı avtomobili qaçırmış paytaxt sakini, əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Bakı şəhər sakini B.Məmmədova məxsus mağazadan soyğunçuluq yolu ilə tütün məmulatı aparması da müəyyən edilmişdir.