Oğurluq etmiş Sumqayıt şəhər sakini Aləm Mikayılov və Famiz Bağıyev tutulmuşlar
17.05.2016Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 14-də şəhər sakini Eldəniz Əhmədovun həyətyanı sahəsindən 2 baş qoyun oğurlamış həmyerliləri Aləm Mikayılov və Famiz Bağıyev tutulmuşlar. F.Bağıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 16-da şəhər sakini E.Fərzəliyevə məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.