Oğurluq etmiş Masallı rayon sakinləri Fuad Həbibov və Şikar Quliyev tutulmuşlar
11.05.2016Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da şəhər sakini Ofelya Məmmədhəsənovaya məxsus mağazadan pul və tütün məmulatı oğurlamış Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Fuad Həbibov və Şikar Quliyev tutulmuşlar. Onların şəhər ərazisindəki kirayədə yaşadıqları mənzilə baxış zamanı 10 ədəd avtomat patronu aşkar edilərək götürülmüşdür.