Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
11.05.2016Mayın 11-də saat 17 radələrində Gəncə şəhəri ərazisində şəhər sakinləri Kamran Cəfərovun idarə etdiyi “Mercedes” və E.Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Mahmudov və sərnişinlərindən Fikrət Kərimov hadisə yerində ölmüş, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.