Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sabirabad rayon sakini İdris Nəsirov yerləşdirildiyi xəstəxanada ölmüşdür
11.05.2016Mayın 9-da saat 19 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Taleh Fərzəliyevin idarə etdiyi “KamAZ” və Sabirabad rayon sakini İdris Nəsirovun idarə etdiyi “Reno” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Nəsirovun sərnişini Rahilə Nəsirova mayın 11-də orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.