Gəncə şəhər sakini Şükür Əşrəfov tutulmuşdur
14.04.2016Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Gəncə şəhər sakini Sevda Tağıyevanın evinə girib onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etmiş şəhər sakini Şükür Əşrəfov tutulmuşdur. Onun daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.