Ooğurluq etdiklərinə görə tutulmuş Yevlax şəhər sakinləri Nurlan Bəkirov, Səfər Olamidze və Mənsur Nadirovun digər cinayət əməlləri də müəyyən edilmişdir
14.04.2016Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də və 31-də rayon sakini N.Əkbərovaya məxsus mağazadan və P.Əhmədovaya məxsus evdən pul, məişət əşyaları və ərzaq məsulları oğurlamış şəhər sakinləri Nurlan Bəkirov, Səfər Olamidze və Mənsur Nadirov tutulmuşlar. Onların aprelin 6-na keçən gecə şəhər ərazisindəki daha bir evdən 50 manat, qızıl və bəzək əşyaları oğurlamaları da müəyyən edilmişdir.