Avtomobil qaçıraraq qəza törətmiş Quba rayon sakini Murad Bağırov tutulmuşdur
14.04.2016Aprelin 14-də saat 15 radələrində Quba şəhəridən şəhər sakini Nazim Xürrəminecata məxsus “VAZ-2103” markalı avtomobil qaçırılmışdır.
Quba RPŞ əməkdaşları tərəfindən avtomobilin rayon sakini Murad Bağırov tərəfindən qaçırılması və şəhər ərazisində idarə edilərkən yolun kənarında dayanmış həmyerlisi Rabil Şərifova məxsus “KamAZ” markalı avtomobilə vurulması müəyyən edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, tutulmuşdur.
Quba RPŞ tərəfindən araşdırma aparılır.