Oğurluğa cəhd göstərmiş Masallı rayon sakini Yusif Yusubov, paytaxt sakinləri Zəki İsmayılov və qardaşı Pərviz tutulmuşlar
01.04.2016Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də rayonun N.Abdullayev küçəsində Bakı şəhər sakini Mikayıl Xəlilova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərmiş Masallı rayon sakini Yusif Yusubov, paytaxt sakinləri Zəki İsmayılov və qardaşı Pərviz tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirlərilə onların martın 4-də Hümbət Hümbətova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaları və martın 28-də daha bir avtomobildən 4 ədəd səsgücləndirici oğurlamaları da müəyyən edilmişdir.