Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi
01.04.2016Aprelin 1-də saat 21 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Ramin Əmrahov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq İsmayılovu vurmuşdur. Ş.İsmayılov hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.