Avtomobil qaçırmış Bakı şəhər sakini Rahib Həsənov saxlanılmışdır
01.04.2016Aprelin 1-də Bakı şəhər sakini Turan Yunusov polisə müraciət edərək həmin gün Nəsimi rayonu ərazisindən “BMW” markalı avtomobilinin Rahib adlı şəxs tərəfindən qaçırılmasını bildirmişdir.
Avtomobil Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Rahib Həsənov tərəfindən idarə edilərkən yol hərəkəti qaydasını pozduğu üçün Nərimanov RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və cərimə meydançasına yerləşdirilmişdir.
Araşdırma aparılır.