Zaur Bayramova və Aydın Əliyevə bıçaqla xəsarət yetirmiş Ceyhun Əliyev tutulmuşdur
29.03.2016Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Zaur Bayramova və Aydın Əliyevə bıçaqla xəsarət yetirmiş Ceyhun Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 24-də şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi “Toyota” markalı avtomobilə odlu silahdan (tüfəngdən) atəş açması da müəyyən edilmişdir.