Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir
29.03.2016Martın 29-da saat 08 radələrində Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlmiş, pəncərə və qapı şüşələri sınmış, yanıq xəsarəti almış N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdirilmişlər.