Nərimanov rayonunun N.Yusifbəyli küçəsində yol-nəqliyyat hadisəsi
29.03.2016Martın 29-da saat 17 radələrində Nərimanov rayonunun N.Yusifbəyli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qurbanəli Məmmədov vurulmuşdur. Q.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.