Abşeron rayonunun Digah qəsəbəsində yaşayan Ruslan Zeynalovun evində yanğın baş vermişdir
15.03.2016Martın 15-də saat 12 radələrində Abşeron rayonunun Digah qəsəbəsində yaşayan Ruslan Zeynalovun evində yanğın baş vermişdir. Nəticədə 9 kvm. sahədə mətbəxin yanar konstruksiyaları və dam örtüyü yanmış, yanğın söndürüldükdən sonra R.Zeynalovun oğlanları - 5 yaşlı Nihadın və 3 yaşlı Sadiqin tüstüdən boğulmuş meyitləri tapılmışdır.
Araşdırma aparılır.