Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan Muxtar Rzayevin evində qaz balonunun nasazlığından ani partlayış baş vermişdir
15.03.2016Martın 15-də Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan Muxtar Rzayevin evində məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş vermişdir. Nəticədə yanıq xəsarəti almış M.Rzayev, arvadı Nərmin, qohumları J.Rzayeva, A.Rzayeva və Ü.Əsgərova xəstəxanaya yerləşdirilmişlər.