Avtomobili qaçırmış Göyçay rayon sakini Lətif Kərimov tutulmuşdur
15.03.2016Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Şaiq Qurbanova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Kərimov tutulmuşdur. Avtomobil Göyçay rayon sakini Əhəd Soltanova məxsus qarajda sökülmüş vəziyyətdə tapılmışdır.