Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sumqayıt şəhər sakini Qulu Əzizov yerləşdirildiyi xəstəxanada ölmüşdür
15.03.2016Cari il fevral ayının 20-də Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Hafiz Düşdurov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Qulu Əzizovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Q.Əzizov martın 15-də orada ölmüşdür.