Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonu ərazisində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən 41 ədəd kitab götürülmüşdür

03.03.2016

Daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilmişdir.

Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülmüşdür. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir.

RPŞ-yə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmamışlar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilmiş, digərlərinin izahatları alındıqdan sonra buraxılmışlar.

03.03.2016 tarixinə olan kriminal məlumatlar